Çaylarda suyun seviyyesi azalıb
30 Dekabr 2013 Bazar Ertəsi 17:22
Dekabrın 30-da Kür çayının Qıraqkesemen menteqesinde suyun seviyyesinde 4 sm azalma müşahide olunub.
Azerbaycanın çaylarında suyun seviyyesi azalıb. Ekologiya ve Tebii Servetler Nazirliyinin Milli Hidrometeorologiya Departamentinden ANS PRESS-e verilen melumata göre, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgesi çaylarında sululuq ongünlük normanın 130-200, Kiçik Qafqazın çaylarında 110-160, Lenkeran-Astara bölgesi çaylarında 40-70, Naxçıvan MR çaylarında ise 50 faizini teşkil edir.

Dekabrın 30-da Kür çayının Qıraqkesemen menteqesinde suyun seviyyesinde 4 sm azalma müşahide olunub. Hazırda menteqede su serfi 105 m3/s olmaqla ongünlük normanın 72 faizini teşkil edir. 2012-ci ilde ise bir qeder çox olmaqla 162 m3/s ve ongünlük normanın 111 faizini teşkil edib.

Qanıx çayının eyriçay menteqesinde suyun seviyyesinde 1 sm azalma müşahide olunub. Hazırda menteqede su serfi 59 m3/s olmaqla ongünlük normanın 82 faizini teşkil edir. 2012-ci ilde de bu gösterici bir qeder çox olmaqla 65 m3/s teşkil etmiş ve ongünlük normanın 89 faizine beraber olub.

Dekabrın 30-da Kür çayının aşağı axınında suyun seviyyesinde esasen mühüm deyişiklik müşahide olunmayıb. Bele ki, Kür çayının Surra menteqesinde 11, Şirvanda 7, Araz çayının Novruzlu menteqesinde 2 sm azalma, Salyanda 5 sm artım qeyde alınıb, Bankede ise suyun seviyyesinde deyişiklik müşahide olunmayıb.

Hazırda Surra menteqesinde suyun seviyyesi 462 sm (2012-ci il dekabrın 30-da 447 sm), Şirvanda 349 sm (2012-ci il dekabrın 30-da 329 sm ), Salyanda 320 sm (2012-ci il dekabrın 30-da 303 sm ), Bankede 255 sm (2012-ci il dekabrın 30-da 249 sm), Araz çayının Novruzlu menteqesinde ise 213 sm (2012-ci il dekabrın 30-da 200 sm) teşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar