Çağırışçıların daşınması üçün 30 yeni avtobus alınıb
11 Fevral 2014 Çərşənbə Axşamı 14:48
general-leytenant Arzu Rəhimov yeni alınmış “Otokar Tempo” markalı 30 avtobusla tanış olub.
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialında çağırışçıların daşınması üçün alınmış avtobuslara baxış keçirilib.
Tədbirdə iştirak edən xidmətin rəisi, general-leytenant Arzu Rəhimov yeni alınmış “Otokar Tempo” markalı 30 avtobusla tanış olub.
Məlumat verilib ki, 28 yerlik bu avtobuslar bütün lazımi avadanlıqla təchiz edilmişdir.
DOSTLARINLA PAYLAŞ: