BVF-in keçmiş rəhbəri azadlığa buraxıldı
01 İyul 2011 Cümə 21:09
Dominik Stross-Kana qarşı ittihamlar irəli sürən qvineyalı qaradərili xadimənin istintaqa yalan ifadələr verdiyi məlum olub.
Artıq bir neçə aydır ki, adı otel xadiməsini zorlamağa cəhddə hallandırılan və mayın 14-də həbs edilən Beynəlxal Valyuta Fondunun keçmiş rəhbəri Stross Kana qarşı ittihamlar irəli sürən Qvineyadan olan qaradərili xadimənin istintaqa yalan ifadələr verdiyi məlum olub. Nyu-York prokurorluğu Stross Kanın ev dustaqlığından azadlığa buraxılacağını bəyan edib.

Bundan əvvəl isə “Bloomberg” agentliyi Dominik Stross-Kanın zaminə çıxması üçün verilən 6 milyon dollar məbləğində pulun geri alınacağı barədə məlumat yayıb. Həmçinin ondan istintaq başa çatana kimi ABŞ ərazisindən xaricə getməmək tələb olunacaq.

Bu gərarların hazırda davam edən məkhəmə iclasında yalnız təsdiqi qalıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar