Buz meydançası skeytparka çevriləcək
03 Yanvar 2010 Bazar 12:55
Buz meydançası skeytparka çevriləcək. Buz meydançası bu ilin mart ayına qədər fəaliyyət göstərəcək.
Bakıda açıq səma altında salınan ilk buz meydançası hər gün saat 12.00-dən axşam saat 23.00-dək fəaliyyət göstərir. Dənizkanarı bulvar idarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə, meydançaya maraq göstərənlərin sayı 100-dən artıqdır.
Meydançada 1 saat əylənmək üçün 20 manat, 10 dəqiqə sürüşmək istəyənlər isə 5 manat ödəməlidirlər.
Qeyd edək ki, uzunluğu 40, eni 25 metr olan buz meydançasının quraşdırılması üçün bütün avadanlıqlar Hollandiyadan xüsusi şirkət tərəfindən gətirilib və yerli mütəxəssislər tərəfindən quraşdırılıb.
Qeyd edək ki, buz meydançası bu ilin mart ayına qədər fəaliyyət göstərəcək. Yay aylarında isə meydança profilini dəşirək skeytparka çevriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: