Bundan sonra su tarifləri ödənilməlidir
12 Aprel 2011 Çərşənbə Axşamı 02:14
“Biz bilirik ki, bəzi insanların imkanı hələ ki, məhduddur”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bülbülə qəsəbəsinin sakinləri ilə görüşdə “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” Fərmana toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycanda çox güclü sosial siyasət aparılır. İndi biz elə etməliyik ki, insanlar daha da rahat yaşasınlar: “Biz bilirik ki, bəzi insanların imkanı hələ ki, məhduddur. O borclar uzun illərdir ki, yığılıbdır. Onların hesablanmasında da müəyyən çətinliklər olmuşdur. Ona görə bu məsələnin birdəfəlik həlli üçün qərar qəbul etdik ki, borclar silinsin. Amma o şərtlə ki, bundan sonra su tarifləri ödənilsin”.

Qeyd edək ki, “Azərsu” ASC-nin məlumatına görə, “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” dövlət başçısının Fərmanı əhali qrupuna aid olunan abunəçilərin 85%-ni əhatə edib. Məlumata görə, indiyədək əhali qrupunun cəmi 15%-nin su pulu borcu olmayıb. ASC-də hesab edirlər ki, borclar silindikdən sonra əhalinin aktivliyi artacaq və yığım səviyyəsini 100%-ə çatdırmaq mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar