Bulvarda trenajor meydançası açılacaq
15 Mart 2014 Şənbə 08:15
Dənizkənarı Milli Parkda quraşdırılmış trenajorlardan ikisi əlillər üçün nəzərdə tutulub.
Bu günlərdə Dənizkənarı Milli Parkda təməli qoyulan trenajor meydançası yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcək.
Burada əhalinin istifadəsi üçün 15 trenajor quraşdırılıb.
Onlardan ikisi əlillər üçün nəzərdə tutulub.
Trenajor meydançası Milli Olimpiya Komitəsi və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı və “Baltika-Baku” şirkətinin dəstəyi ilə qurulub.
Meydançanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: