Bu mağazalardan ərzaq almayın
19 Sentyabr 2014 Cümə 13:53
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşları tərəfindən keçirilib.
Bakıda və rayonlarda mağazalardan vaxtı ötmüş və insan orqanizminə zərərli olan ərzaq məhsulları aşkarlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqlər nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşları tərəfindən keçirilib.

Keçirilən növbəti monitorinqlər zamanı təhlükəli ərzaq məhsulları satılan

Xızı rayonunda Şurabad qəsəbəsində Mahirə Şəfiyevaya məxsus mağazada;

Xaçmaz şəhərində C.Cabbarlı küçəsində Rakif Məmmədova məxsus mağazada saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda A.M.Şərifzadə küçəsi, ev 130 ünvanında Samir Həsənova məxsus mağazada;

Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 1 ünvanında Əfət Nəcəfova məxsus mağazada;

Xətai rayonunda M.Hadi küçəsi, 2945-ci məhəllədə Ülviyyə Bağırovaya məxsus mağazada;

General Şıxlinski küçəsi, ev 1A ünvanında Cabbar Əhmədova məxsus mağazada;

Aşıq Ələsgər küçəsi, 2946-cı məhəllədə Yelmar Hüseynova məxsus mağazada;

Abşeron rayonunda Ruhəngiz Məmmədovaya məxsus mağazada normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Binəqədi rayonunda M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi, ev 17 ünvanında Seymur Məmmədyarova məxsus mağazada;

Gəncə şəhərində P.Səmədov küçəsində Samir Mustafayevə məxsus mağazada;

Beyləqan şəhərində S.Qazıyeva küçəsində Əbdüləli Nərimanova məxsus mağazada;

A.Ələkbərov küçəsində Vüqar Davudova məxsus mağazada;

Neftçala şəhərində S.Bayramov küçəsində Gülağa Əliyevə məxsus mağazada;

Qusar şəhərində Könül Balaqadaşovaya məxsus mağazada;

Ağsu şəhərində M.V.Vidadi küçəsində Dürdanə Xanalıyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar