Bu il korrupsiya ilə əlaqədar 18 cinayət işi açılıb
15 Aprel 2011 Cümə 11:30
Bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralov məlumat verib
Bu il korrupsiyaya qarşı mübarizə çərçivəsində 32 nəfərə qarşı 18 cinayət işi açılıb. Bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralov bu gün keçirilən “Korrupsiyaya qarşı mübarizə forumu”nda çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, 2005-2011-ci illrədən korrupsiyaya qarşı mübarizə istiqamətində 700 nəfərə qarşı 388 cinayət işi başladılıb. Hazırda 84 cinayət işi hazırda icraatdadır.

"Baş Prokurorluğun "161" nömrəli "Qaynar xətt"inə isə 2011-ci ilin birinci rübü ərzində 3700 zəng daxil olub, 1200 müraciət qəbul edilib. 1200 müraciətin 237-si müsbət həllini tapıb, 7 nəfər barəsində cinayət işi başlanıb, 7 nəfər isə artıq həbs olunub", deyə Baş prokuror bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar