Ölkə

Bu il Bakıda bir neçə çörək zavodu açılacaq

Bu ilin sonuna kimi Bakıda bir neçə çörək zavodunun açılması gözlənilir.

· Xəbərçi
Bu il Bakıda bir neçə çörək zavodu açılacaq
“APA-Economics”in xəbərinə görə, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda həmin zavodlarda tikinti-quraşdırma işləri görülür: “Plana uyğun olaraq ilin sonuna bir neçə zavod istifadəyə veriləcək”.

Ş.Abdullayev qeyd edib ki, bu zavodlar istifadəyə verildikdən sonra il ərzində Azərbaycanda 68 min tona yaxın çörək istehsalı nəzərdə tutulur. apa

Şərhlər