Bu il Azərbaycan xaricdən buğda almayacaq
13 İyun 2009 Şənbə 12:30
Kənd təsərrüfatı naziri bu il 2 mln tondan artıq buğda istehsal ediləcəyinin gözləndiyini bildirib

 

"Bu il Azərbaycana xarici ölkədən buğda idxal olunmayacaq". ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında kənd  təsərrüfatı naziri İsmət Abasov bildirib. Onun sözlərinə görə, bu il ərzaq buğdasına olan ehtiyac, fermerlər və sahibkarların daxili istehsalı hesabına təmin ediləcək.
Nazir ölkədə ötən ildən istehsal edilmiş buğdanın olduğunu, eləcə də may ayınadək idxal olunan buğda qalığının qalmasının belə deməyə əsas verdiyini qeyd edib. "Bu il Azərbaycanda 2 mln 100 min tondan artıq buğda istehsalı gözlənilir. Bir neçə gündən sonra artıq buğda istehsalına başlanılacaq. Ölkənin buğdaya olan tələbatı isə 1 mln 600 min tondur".

Kənd təsərrüfatı nazirinin sözlərinə görə, bu il dənli və dənli paxlalı bitkilərin istehsalının 3 mln tondan çox olacağı nəzərdə tutulub. İ. Abasov hesab edir ki, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın taxıl ehtiyatı fondunun 2 aylıq tələbata uyğun olaraq 200-250 min ton olmasını məqsəduyğun hesab edir. 

Anar Məmmədov /ANS PRESS/   

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar