Bu il elektrik enerjisindən istifadədə 155 qanun pozuntusu aşkar edilib. Bu nəticələrə "Azərenerji" Açıq Səmdar Cəmiyyəti apardığı yoxlamalardan sonra gəlib. Ümumilikdə qeyri qanuni 383, 4 min kilovat elektrik enerjisi istifadə olunub. Qanunsuz işlədilən enerjinin qiyməti isə 23 min manatdır. Hazırda bu məbləğin 76 faizinin ödənilib, qalan hissənin isə ödənilməsi üzrə iş aparılır.
Araşdırmalar nəticəsində ən çox enerjidən istifadə üzrə qanun pozuntusuna yol verən rayonda müəyyənləşib. Bu Kürdəmir elektrik şəbəkəsidir. Burada pozuntular üzrə 33 fakt qeydə alınıb. Bu siyahına ən sonuncu isə Ucar rayonudur. Cəmi 2 fakt./ANS TV/