İlin ilk altı ayı ərzində 2 milyon 983,19 min ton neft emala verilib. Bu barədə məlumat Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilib. Bu ay isə bu rəqəm 496,65 min ton təşkil edib.
Qeyd edək ki, 2009-cu ilin əvvəlindən iyulun 1-ə kimi ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 94 028 metr qazma işi görülüb. Qazma işlərinin 93 684 metri istismara, 344 metri isə kəşfiyyata aid olub. /ANS PRESS/