Bu günün Ramazan təqvimi (29 avqust)
29 Avqust 2011 Bazar Ertəsi 00:10
İlahi, bu gün məni Öz sonsuz rəhmətinlə əhatə et!
29 ramazan 1432 – 29 avqust 2011
İmsaq: 05.51
İftar: 20.32
29-ci günün duası: Allahummə ğəşşini fihi birrəhməh. Vərzuqni fihit-təufiqə vəlisməh. Və təhhir qəlbi ğəyabi hittuhməh. Ya rəhimən bi ibadihil-muminin.
(İlahi, bu gün məni Öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!) Amin!
Ayə: “(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” /İxlas/
Hədis: Şaqiq bin Sələmə(Allah rəhmət etsin) rəvayət edir ki:Əli (Allah ondna razı olsun) arafa (bayram axşamı) günü səhər namazından Allahu Əkbər deməyə başlayar və bayramın sonuncu günü əsr namazına kimi davam edərdi.(İbn Munzir rəvayət etmişdir)
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.
DOSTLARINLA PAYLAŞ: