Bu günün Ramazan təqvimi (23 avqust)
23 Avqust 2011 Çərşənbə Axşamı 00:52
İlahi, bu gün mənim günahlarımı yuyub eyiblərdən təmizlə!
23 ramazan 1432 – 23 avqust 2011

İmsaq: 05.44
İftar: 20.42

23-cü günün duası: Allahumməğsilni fihi minəz-zunub. Və tahhirni fihi minəl-uyub. Vəm tə hin qalbi fihi bitəq val-qulub. Ya muqilə əsatil-muz ni bin.

(İlahi, bu gün mənim günahlarımı yuyub eyiblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə saflaşdır! Ey gü nahkarların xətalarına göz yuman Allah!).Amin!

Ayə: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. ” /Zümər-3/

Hədis: “Etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız.Səhər namazını qıldıqda isə günahlarınız yuyulur.Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, zöhr namazını qıldıqda isə günahlaınız yuyulur.Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, sonra əsr namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, məğrib namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, işa namazını qıldığınızda günahlarınız yuyulur.”

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar