Bu günün Ramazan təqvimi (22 avqust)
22 Avqust 2011 Bazar Ertəsi 00:06
İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər
22 ramazan 1432 – 22 avqust 2011

Imsaq: 05.42
İftar: 20.43

22-ci günün duası: Allahumməftəh li əbva bə fəzlik. Və ənzil ələyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskini fihi buhbuhati cənnatik. Ya mucibə dəvətil-muztərrin.

(İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün Sənin razılığına səbəb olan işlərdə məni müvəffəq et, məni Jənnətin ən yaxşı yerində sakin et. Ey çarəsizlərin duasını qəbul edən Allah!) Amin!

Ayə: “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir. Ya da onlar: “Bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən (nazil) olan bir haqdır ki, səndən öncə xəbərdar edən (peyğəmbər) gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.” /Səcdə-1, 2, 3/

Hədis: Allahın elçisi (sallallahu aleyhi va sellem) buyurmuşdur: “Yol kənarlarında oturmaqdan çəkinin”. Səhabələr: “Ey Allahın elçisi! Biz bunsuz keçinə bilmərik, çünki biz orada oturub söhbət edirik” deyə buna öz etirazlarını bildirdilər. Peyğəmbər, (sallallahu aleyhi va sellem) dedi: “Bundan imtina edirsinizsə, onda yolun haqqını ödəyin”. Səhabələr: “Yolun haqqı nədən ibarətdir?” deyə soruşdular. Peyğəmbər (sallallahu aleyhi va sellem) də: “Gözü yummaq, pisliklərdən çəkinmək, salamı almaq, yaxşılığı əmr, pisliyi isə qadağan etməkdir” deyə cavab verdi.

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar