Bu günün Ramazan təqvimi (19 avqust)
19 Avqust 2011 Cümə 01:18
İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir!
19 ramazan 1432 – 19 avqust 2011
Imsaq: 05.38
İftar: 20.49
19-cu günün duası: Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xəyratih. Və la təhrim-ni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin.
(İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!) Amin!
Ayə: “O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər şeyə şahiddir.” /Mücadilə - 6/
Hədis: "Namazını unudan onu yadına saldığı zaman qılsın! Unutduğu namazın cәrimәsi belәdir" – "Mәni yad etmәk üçün namaz qıl!"(Ta ha surәsi, 14)
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.
DOSTLARINLA PAYLAŞ: