Bu günün Ramazan təqvimi (17 avqust)
17 Avqust 2011 Çərşənbə 00:13
İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt!
17 ramazan 1432 – 17 avqust 2011

Imsaq: 05.36
İftar: 20.51

17-cı günün duası: Allahummə əhdini fihi lisalihil-əmal. Vəq zi li fihil-hə vai ji vəl-amal. Ya mən la yəhtəju ilət-təfsiri vəs-sual. Ya alimənbima fi suduril-aləmin. Səlli əla Mu həm mədin və alihit-tahirin.

(İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyaj və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyajsız, qəlblərdəkindən xəbərdar olan Allah! Muhəmmədə və pak Əhli-beytinə salavatın olsun!) Amin!

Ayə: “Həqiqətən, Biz sənə aydın bir qələbə verdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin. Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir”. /Fəth-1,2,3,4/

Hədis: "İslam aşağıdakı əsaslardan ibarətdir:
1) Şəhadət gətirmək ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və Muhəmməd Onun rəsuludur.
2) Vacib namazları yerinə yetirmək
3) Zəkat vermək
4) Həcci yerinə yetirmək
5) Ramazan ayı boyunca oruc tutmaq”.

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar