Bu günün Ramazan təqvimi (15 avqust)
15 Avqust 2011 Bazar Ertəsi 00:06
İlahi, bu gün qəlbində Allah qorxusu olan şəxslərə məxsus itaəti mənə nəsib et!
15 ramazan 1432 – 15 avqust 2011
Imsaq: 05.34
İftar: 20.53
15-ci günün duası: Allahum mər zuqni fihi taətil-xaşiin. Vəş rih fihi sədri bi-inabətil-muxbitin. Və əmanikə ya əmanəl-xaifin.
(İlahi, bu gün qəlbində Allah qorxusu olan şəxslərə məxsus itaəti mənə nəsib et! Bu gün si nəmi təvazökarların tövbəsi ilə ge niş lən dir! Əminliyinə and verirəm, ey qorxu əhlinə əminlik bəxş edən Al lah!).Amin!
Ayə: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” /Hucurat-6/
Hədis: "Sahur yeməyinə qalxın, çünki sahurda bərəkət vardır. Bizim orucumuz ilə Əhli-kitabın orucu arasındaki ən önəmli fərq sahur yeməyidir."
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.
DOSTLARINLA PAYLAŞ: