Bu günün Ramazan təqvimi
27 Avqust 2011 Şənbə 00:37
İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et!
27 ramazan 1432 – 27 avqust 2011
İmsaq: 05.49
İftar: 20.36
27-ci günün duası: Allahummərzuqni fihi fəzlə ləylətil-qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və hut tə ənniz-zənbə vəl-vizr. Ya Raufən bi-ibadihis salihin.
(İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim üçün işlərimi çətinlikdən asanlığa yönəlt! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!) Amin!
Ayə: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir). O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)” /Qədr/
Hədis: ""Mömin pöhrəyə bənzəyir. Külək hansı tərəfdən əssə pöhrəni əyər, külək sakitləşdiyi zaman pöhrə dikələr. (Mömin də həmçinin) müsibətlərə məruz qalsa da əqidəsindən dönmür. Günahkar adam isə sərt və dümdüz qalan sidr ağacına bənzəyir. Yalnız Allah istəsə, onu sındıra bilər."”
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.
DOSTLARINLA PAYLAŞ: