Ölkə

Bu gündən avtobuslar dezinfeksiya ediləcək

Avtobuslar dezinfeksiya ediləcək. Dezinfeksiya qarajlardan başlayacaq.

· Xəbərçi
Bu gündən avtobuslar dezinfeksiya ediləcək
“Donuz qripi” kimi tanınan “A H1N1” virusunun yayılmasının qarşısını almaq məqsədi ilə bu gündən Bakıda fəaliyyət göstərən bütün sərnişin avtobuslarının qarajında dezinfeksiya işlərinə başlanacaq. Bununla yanaşı, yaxın günlərdə reysdən sonra hər bir avtobus dezinfeksiya ediləcək.

Rayonlara və əks istiqamətə hərəkət edən avtobuslarda, həmçinin iri şəhərlərin avtovağzallarında isə “donuz qripi” ilə bağlı dezinfeksiya işlərinə artıq bir neçə gündür başlanıb.

Avtobus sürücülərinin respiratordan istifadəsinə gəlincə, Nəqliyyat Nazirliyindən bildiriblər ki, bununla bağlı sürücülərə tövsiyələr verilib, lakin bütün hallarda bu məsələ sürücünün öz istəyindən asılıdır.
ANSPRESS

Şərhlər