Bu gün xalq artisti Rasim Balayevin ad günüdür
08 Avqust 2011 Bazar Ertəsi 12:38
Sənətkar 63 yaşını qeyd edir
Bu gün xalq artisti, Azərbaycan kino tarixində ən yaxşı kişi rolu ifaçılarından biri, Şərəf nişanlı Rasim Balayevin ad günüdür. 70-ə yaxın filmə çəkilən aktyorun bu gün 63 yaşı tamam olur. 1948-ci ildə Ağsuda anadan olan Rasim Balayevin valideynləri onu həkim, tarixçi və hüquqşünas görmək istəsələr də, o aktyorluğa, incəsənətə meyl edib. Sonralar bütün qətiyyətini ortaya qoyaraq, bu sənətdə özünə layiqli yer tutmağı bacarıb.
Rasim Balayevin kinoda ilk uğurlu rolu “Nəsimi” filmində olub. Rasim Balayevin ulduzu da məhz, “Nəsimi” rolundan sonra parlamağa başlayıb. Sonralar o, “Qatır Məmməd”, “Dədə Qorqud”, “Arxadan vurulan zərbə”, “Babək”, “Gözlə məni”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” kimi onlarla filmdə yaddaqalan obrazlar yaradıb.
DOSTLARINLA PAYLAŞ: