Bu gün şimşək çaxacaq, yağış yağacaq
18 Aprel 2010 Bazar 05:55
Gündüz saatlarında hava yağmursuz olsa da, axşama doğru dəyişəcək.
Bu gün ölkə ərazisində havanın gündüz əsasən yağmursuz keçəcəyi, axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda havanın temperaturu gündüz müsbət 20-22, gecə 9-11, Naxçıvanda gündüz 23-25, gecə 7-9, aran bölgəsində gündüz müsbət 21-23, gecə 8-10, dağlıq zonada gündüz müsbət 12-14, gecə 3-5 dərəcə təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar