Bu gün Sabir Rüstəmxanlının 65 illik yubileyidir
20 May 2011 Cümə 06:29
“Sevinirəm ki, Azərbaycanın müstəqillik qazanmasında iştirak etmişəm”
“İnsan güzgüyə baxmasa, şəkillərə baxmasa elə bilər ki, 30 il bundan əvvəlki kimidir. Bunları icad edənlər səhv ediblər belə şeylərə ehtiyac yox idi. Adam rahat yaşayırdı. Ancaq suya baxanda his edərdi yaşını. Ama sevirinəm ki, boş keçməyib ömür. Yaşamaq, mücadilə, çətin, çox çətin yol, sonrada millətin xalqın talyeindən ayrı yaşamadım”.
Xalq şairi, millət vəkili, Sabir Rüstəmxanlı bu gün 65 yaşını qeyd edir. Azərbaycanın müstəqillik qazanmasında müstəsna xidmətləri olan ədib 1946-cı ildə Yardımlıda anadan olub. Məmməd Araz, Xəlil Rzanın yetirməsi olan, sənətə 22 yaşda qədəm qoyan Sabir Rüstəmxanlı hələ tələbə ikən “Ədəbiyyat və incəsənət” qəzetinə işə qəbul edilir. Əmək fəaliyyəti ilə bərabər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini də davam etdirir. Aspiranturanı bitirdikdən sonra filalogiya elmləri doktoru dərəcəsinədək ucalır.
İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, İsveçdə 20-dən artıq şer, nəsr, publisistik kitabları çap olunub. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şer kitabların, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, poemaların, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin və “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm yaşamaqdan şirinmiş” kimi romanlarının da müəllifidir.
Sabir Rüstəmxanlının əsərləri bir çox dünya xalqlarının dillərinə tərcümə olunub. 65 yaşlı ədib hələ görüləcəyi çox işlər olduğunu deyir: “Sanki dünən, bu gün başlamısan bu yolu. Və 65 il necə gəldi keçdi adam hiss eləmir. Təbii ki, limitin vaxtı azaldığı adamı vahimələndirir. Və buna baxmayaraq adamın içində nəzərdə tutuduğu işlərin böyüklyüyü adamı sıxır. Bu işlərin hələ heç biri hələki görülməyib”.
Sabir Rüstəmxanlı 1988-ci ildə başlanan Milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1989-cu ildə isə o Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edib, iki il onun baş redaktoru vəzifəsində çalışıb. 1988-ci ildən millətin taleyi onu ədəbiyyatdan siyasətə gətirib. Başçılıq etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji xətti də onun ədəbi yaradıcılığının ruhuna yaxındı: “Sevinirəm ki, Azərbaycanın müstəqillik qazanmasında iştirak etmişəm. Sevirirəm ki, müstəqillik aktına imza atanlardan biri olmuşam. Tarix boyu öz arzudadığımız bir hətta o vaxt fantaziya kimi görülən bir işin iştirakçısı olmuşuq. 3 rəngli bayrağımız qayıdıb dövlət müstəqil liyimiz bərpa olunub. Məncə bundan böyük xoşbəxtlik olmaz”.
DOSTLARINLA PAYLAŞ: