Bu gün Milli Məclisin iclası keçiriləcək
08 Aprel 2011 Cümə 01:50
Deputatlar “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Deputatlar 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqadar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər. Bununla yanaşı, “Miqrasiya orqanında qulluq keçmə haqqında” Əsasnamyə də dəyişikliklər olunacaq.
İclasda “İcbari sığortalar haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
DOSTLARINLA PAYLAŞ: