Ölkə

Bu gün Milli Məclis iqtisadi məsələlərə baxacaq

“Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi müzakirə ediləcək

· Xəbərçi
Bu gün Milli Məclis iqtisadi məsələlərə baxacaq
Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, iclasda “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

İclasda həmçinin “Miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə”nin təsdiq edilməsi barədə məsələyə münasibət bildiriləcək.

"Sosial sığorta haqqında" qanuna, əmək və inzibati xətalar məcəllələrinə, o cümlədən bir neçə qanunvericilik aktına əlavə və dəyişiklik ediləcək. ANSPRESS

Şərhlər