Bu gün Mikayıl Cəbrayılov un ad günüdür
27 Aprel 2011 Çərşənbə 10:42
Mikayıl Cəbrayılov Cəmilli-Kosalı yolunda gedən ağır döyüşlər zamanı həlak olub.
Bu gün Azərbaycan Milli qəhrəmanı Mikayıl Cəbrayılovun doğum günüdür.

Mikayıl Əhəmdiyyə oğlu Cəbrayılov 1952-ci il aprelin 27-də Şəki rayonun Oxut kəndində anadan olub. O, milis zabiti kimi 1990-cı ildə Qarabağa ezam olunub, Cəmilli kəndinin müdafiəsində fəal iştirak edib.

Mikayıl Cəbrayılov 1990-cı il dekabrın 15-də başçılıq etdiyi dəstə ilə birlikdə Cəmilli-Kosalı yolunda erməni yaraqlılarının pusqusuna düşür, düşmənlə axıra qədər vuruşur. Yaralansa da döyüş meydanını tərk etmir, düşmənin qarşısını kəsərək, yaralıların təhlükəsiz yerə çıxarılmasını təmin edir. Ağır keçən döyüşdə Mikayıl Cəbrayılov qəhrəmanlıqla həlak olur.

Milli qəhrəman Şəki rayonun Oxut kəndində dəfn edilib. Şəki şəhərində küçələrin biri onun adını daşıyır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar