Bu gün işıqlar kəsiləcək
11 Avqust 2009 Çərşənbə Axşamı 12:15
Borcunu ödəməyən vətəndaşların elektrik enerjisi ilə təchizatı qeyd-şərtsiz dayandırılacaq

 

"Bakielektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmək üçün abunəçilərə verdiyi vaxt bu gün saat 15.00-da başa çatır.

Qurumdan verilən məlumata görə, borcunu ödəməyən vətəndaşların elektrik enerjisi ilə təchizatı qeyd-şərtsiz dayandırılacaq. Səhmdar cəmiyyət bir daha xəbərdarlıq edir ki, borcunu vaxtında ödəməyənlərə heç bir güzəşt edilməyəcək və borca görə işığı kəsilən şəxslərin təkrar şəbəkəyə qoşulması bir neçə gündən sonra mümkün olacaq./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar