Bu gün havanın temperaturu aşağı düşəcək
10 İyul 2011 Bazar 02:59
Bakıda güclü şimal-qərb küləyi əsəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 29-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar