Bu gün hava yağmursuz olacaq
17 Aprel 2011 Bazar 04:17
Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar