Bu gün ölkənin bütün ərazisində hava gündüz əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTac-a verilən məlumata görə, paytaxtda mülayim şimal küləyi əsəcəkdir. Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi, ayrı-ayrı saatlarda durğun hava şəraiti müşahidə olunmayacaq. Bu, meteohəssas insanlarda narahatlıq hissi yaratmayacaq.
Bakıda gündüz 23-25, gecə 20-22, Naxçıvanda gündüz 27-29, gecə 16-18, Aran rayonlarında gündüz 31-33, gecə 19-21, Dağlıq rayonlarda gündüz 23-25, gecə 14-16 dərəcə isti olacaqdır./ANSPRESS/
.