Bu gün hava necə olacaq?
03 Sentyabr 2011 Şənbə 05:03
Paytaxtda şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Yağmursuz keçəcək. Mülayim şimal küləyi üstünlük təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar