Bu gün səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 24-28 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Hava şəraiti haqqında qısa icmal: Avqustun 28-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu gün hava necə olacaq?
Bakıda mülayim şimal-qərb küləyi gözlənilir




Şərhlər