Ölkə

Bu gün hava necə olacaq?

Paytaxtda havanın temperaturu 21-26 dərəcə olacaq

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 7-11 dərəcə, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Hava şəraiti haqqında qısa icmal: Avqustun 27-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. 28-də gündüz əsasən yağmursuz olacaq.

Şərhlər