Bu gün hava necə olacaq?
19 Avqust 2011 Cümə 04:50
Rayonlarda şimşək çaxacaq, yağış yağacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 12-17 dərəcə, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz: Həftənin sonunadək Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı temperatur şəraiti gözlənilsə də, havada rütubətin çox olması səbəbindən meteohəssas insanlarda diskomfort hissi yarana bilər.
DOSTLARINLA PAYLAŞ: