Bu gün hava necə olacaq?
09 Avqust 2011 Çərşənbə Axşamı 06:08
Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyi üstünlük təşkil edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 25-28 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-31 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və avqust ayı üçün nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar