Bu gün hava necə olacaq?
05 Avqust 2011 Cümə 06:35
Güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında havanın temperaturunun tədricən enərək iqlim normasına yaxınlaşması əksər meteohəssas insanlar üçün əlverişli olsa da, davamlı olaraq əsən güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar