Bu gün hava necə olacaq?
04 Avqust 2011 Cümə Axşamı 06:31
Axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 28-33 dərəcə, bəzi yerlərdə 35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə, dağlarda gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 03-dən 04-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar