Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-27 dərəcə, gündüz 35-38 dərəcə, yarımadanın bəzi yerlərində 40 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 24-29 dərəcə, gündüz 37-42 dərəcə, dağlarda gecə 19-24 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcək.
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 03-dən 04-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, şimşək çaxacağı, havanın temperaturunun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bu gün hava necə olacaq?
Anomal istilər bu gecə ölkə ərazisini tərk edəcək




Şərhlər