Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, temperatur gecə 9-14°, gündüz 17-22° isti olacaq. Bakıda gecə 11-13°, gündüz 18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 8-13°, gündüz 21-26° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər arabir duman olacaq. Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Temperatur gecə 8-13° , gündüz 17-22° isti olacaq.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında Gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 8-13° , gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 10-14°, gündüz 20-25° isti təşkil edəcək.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 10-14° , gündüz 18-23° isti, dağlarda gecə 4-8° isti, gündüz 13-17° isti təşkil edəcək.
Bu gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında havanın buludlu olacaq




Şərhlər