Bu gün hava necə olacaq?
26 Aprel 2011 Çərşənbə Axşamı 02:54
Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacağı ehtimalı var
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 6-8° , gündüz 12-17° isti olacaq. Bakıda gecə 6-8° , gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 4-9° , gündüz 16-21° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Temperatur gecə 0-4°, gündüz 8-13° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Temperatur gecə 4-8° , gündüz 11-16° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı gözlənilir. Temperatur gecə 2-7°, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti təşkil edəcək.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq.Lakin axşam qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə 5-10°, gündüz 13-18° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Temperatur gecə 6-10° , gündüz 12-16° isti, dağlarda gecə 2-5° isti, gündüz 8-12° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişiklikləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli hava şəraiti və mövsüm üçün temperaturun normadan bir qədər aşağı olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar