Bu gün hava necə olacaq?
20 Aprel 2011 Çərşənbə 02:49
Paytaxtda axşama doğru havanın tempuraturu kəskin düşəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, bəzi yerlərdə duman olacaq. Arabir güclənən mülayim cənub-qərb, qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10 dərəcə isti, günün birinci yarısında 16-21 dərəcə isti, axşama doğru 13 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə güclü olacaq.Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar