Bu gün hava necə olacaq?
15 Aprel 2011 Cümə 03:24
Bakıda əsən mülayim cənub-qərb küləyi arabir güclənəcək
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək arabir güclənəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar