Bu gün hava necə olacaq?
13 Aprel 2011 Çərşənbə 03:14
Paytaxtda arabir yağış yağacaq, rayonlarda şimşək çaxacaq
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar