Bu gün hava necə olacaq?
09 Aprel 2011 Şənbə 03:46
Bakıda və Abşeron yarımadasının bəzi yerlərində duman gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, temperatur gecə 8-10°, gündüz 17-22° isti olacaq. Bakıda gecə 8-10°, gündüz 18-20° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək, gündüz 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 4-9°, gündüz 19-24° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Temperatur gecə 1-5°, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 5-10°, gündüz 18-23° isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, axşam və gecə isə az yağış yağacağı ehtimalı var. Temperatur gecə 4-9°, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 11-16° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 7-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Temperatur gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-18° isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar