Ölkə

Bu gün hava necə olacaq?

Bakıda arabir güclənən cənub-qərb küləyi əsəcək

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-9 dərəcə isti, gündüz 14-19 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə, bəzi yerlərdə 18 dərəcəyədək isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz: Aprelin 8-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyinin aprelin 9-da gündüz təzyiqin qısa müddətdə xeyli yüksəlməsi ilə güclü xəzri küləyinə keçməsi gözlənilir. Atmosfer təzyiqinin və küləyin belə təzadlı dəyişkənliyi meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişsizdir.

Şərhlər