Bu gün hava necə olacaq?
06 Aprel 2011 Çərşənbə 03:48
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək
Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar