Bu gün hava necə olacaq?
04 Aprel 2011 Bazar Ertəsi 12:12
Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 10-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar