Bu gün hava necə olacaq?
02 Aprel 2011 Şənbə 03:08
Paytaxtda gündüz havanın temperaturu 8-11 dərəcə olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, fasilələrlə qısamüddətli yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, temperatur gecə 3-5°, gündüz 8-11° isti olacaq. Bakıda gecə 3-5° , gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağış yağacağı gözlənilir. Temperatur gecə 2-7° , gündüz 12-17° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 0-4° , gündüz 5-9° isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 1-5° , gündüz 8-13° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 0-4° , gündüz 7-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-6° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Temperatur gecə 3-6°, gündüz 11-16° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Yağıntıların arabir intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 3-5°, gündüz 10-14° isti, dağlarda gecə 0-3° isti, gündüz 7-10° isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar