Ölkə

Bu gün hava necə olacaq?

Axşam saatlarında buludluluq artacaq

· Xəbərçi
Bu gün hava necə olacaq?
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, səhər və gündüz güclənəcək. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin aprelin 01-də axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Şərhlər