Bu gün hava necə olacaq?
30 Mart 2011 Çərşənbə 03:13
Hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumatına görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, yarımadanın bəzi yerlərində 22 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 18-23 dərəcə bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 11-16 dərəcə isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar